AZ

KAMAZ ın çoxlu olmasının səbəbi KƏŞFİYYAT MƏLUMATI FOTO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) SSRİ-də gördüyü işlərlə bağlı məlumatları tədricən açıqlayır. Artıq bir çox məlumat idarənin saytına yerləşdirilib. 

Avtosfer.az xəbər verir ki, məxfilik qrifi götürülmüş məlumatlar sovet avtomobil sənayesinə dair materiallar da yer alır. Bunlardan biri də KAMAZ barədədir. 

Sənəddən məlum olur ki, Sovet rəhbərliyi uzunmüddətli danışıqlardan sonra yeni tikiləcək KAMAZ zavodu üçün tökmə texnologiyasını Pensilvaniya ştatında yerləşən şirkətdən alıb. 

Lakin sənəddə yer alan bir məlumat sovet mətbuatının gecə-gündüz danışdığı “texniki tərəqqi”nin hansı səviyyədə olduğunu göstərir: “KAMAZ-ın konstruksiyasında yerli sovet şəraitinə uyğunlaşdırma özünü göstərir. Qərbdə 8 ton yükgötürmə qabiliyyəti olan avtomobillər ikioxlu istehsal edilir. Belə istehsal tez və ucuz başa gəlir. Lakin KAMAZ üçoxlu layihələndirilib ki, pis yollarda və yükgötürmə qabiliyyəti az olan körpülərdə rahat hərəkət edə bilsin”.

Sənəddə göstərilir ki, ölkə yollarının cəmi 20 faizi bərk örtüklüdür ki, onların da böyük əksəriyyəti çala-çuxurludur. Yağışlı hallarda əksər yollarda adi avtomobillərin hərəkəti qeyri-mümkündür. 

İstehsal statistikası göstərir ki, SSRİ inkişafın pik həddində olduğu 70-ci illərdə belə, avtomobil istehsalında nəinki ABŞ və ya Almaniya, hətta “Toyota” kimi ayrıca götürülmüş şirkətdən kəmiyyət etibarı ilə geri qalırdı. Keyfiyyətdən isə ümumiyyətlə danışmağa dəyməz. 

FOTO: 1976-cı ildə istehsal edilmiş ilk KAMAZ. Hazırda zavodun muzeyindədir.

Vüqar Yaşaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
47
avtosfer.az

10Mənbələr