Müğənni Rəsul Əfəndiyev ilk dəfə Şəkidəki bağ evini göstərib.
Dərgi.az xəbər verir ki, Rəsul yay istirahətini ata yurdu Şəkidə keçirir. Sənətçi illərdir öz əlləri ilə əkib-becərdiyi bağ-baxçasını izləyicilərinə təqdim edib.
Rəsul Əfəndiyev qeyd edib ki, bağ evində vaxt keçirmək ona ilham verir, yeni mahnılar üzərində işləyərkən təbiətin gözəlliyi ona ruh yüksəkliyi bəxş edir. Sənətçi əlavə edib ki, gələcəkdə bu bağda daha çox ağac əkərək onu genişləndirməyi planlaşdırır.