AZ

Nərmin Kərimbəyova “Xəzər Festival”da izdihamla qarşılandı FOTO/VİDEO

Dogru.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Müğənni Nərmin Kərimbəyova yay mövsümünü sənətinə həsr edib.

Doğru.az xəbər verir ki, sənətçi Azərbaycanın müxtəlif bölgələrində keçirilən “Xəzər Festival” çərçivəsində konsert proqramı ilə çıxış edib.

Festival artıq Gəncə və Qəbələdə baş tutub, növbəti mərhələdə isə Lənkəran və Sumqayıtda davam etdiriləcək.

Nərmin Kərimbəyova Qəbələdəki konsertdən məmnunluğunu belə ifadə edib:

“Sayca ikinci konsert Qəbələdə keçirildi. Çıxışım böyük izdihamla qarşılandı. Səhnədən insanların mahnılarımı mənimlə birgə ifa etdiyini görürdüm. Uşaqların sevincinin həddi-hüdudu yox idi. Konsert çox səmimi keçdi. Doğma Qəbələ məni sevgi ilə qarşılayıb yola saldı”.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
50
dogru.az

10Mənbələr