AZ

Kremlin “adamlar”ı Azərbaycanı bu sözlərlə hədələdi - VİDEO

"Vaşinqton görüşündən dərhal sonra Rusiyanın rəsmi şəxsləri sülh sazişi ilə bağlı nisbətən loyal fikirlər səsləndirdilər, bununla belə, Kremlin "trolları" əsl niyyətlərini ortaya qoyaraq imzalanmış sənədlə bağlı Ermənistandan daha çox hər dəfə olduğu kimi, Azərbaycana qarşı aqressiv şüarlar səsləndirməyə başlayıblar." - deyə, Rövşən Məmmədov AzTV-də yayımlanan "Həftə" analitik-informasiya proqramında bildirib.

O, həmçinin "Dolayısı, Kreml rəsmilərinin razılığı ilə Odessa yaxınlığında Transbalkan kəmərinə və SOCAR-a məxsus enerji stansiyasına vurulan zərbə Azərbaycanın geoiqtisadi maraqlarına qarşı yönəlmiş aksiyadır və bu azmış kimi, rəsmi Moskva Ukraynaya göndərilən humanitar yardımların arxasında dırnaqarası "çirkli niyyətlər"in durduğunu deyərək Bakıya sərt xəbərdarlıq etmək cəsarətini də özündə tapır. Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycana ünvanladığı son açıqlamada məhz bu cür də deyilir.

Həmçinin Rusiya Milli Antikorrupsiya Komitəsinin sədri Kiril Kabanov təxribatçı açıqlamalar verərək Azərbaycanın Ukraynaya humanitar yardım əvəzinə silah göndərdiyini iddia edir və Rusiyanın düşmənləri ilə dostluq etdiyini söyləyir. Kremlin "qara propaqanda"sını həyata keçirən Vladimir Solovyov isə tezliklə Xəzər dənizində NATO qüvvələrinin peyda ola biləcəyi demaqogiyasını yayaraq Bakıya sərt mesajlar göndərir. Bu da azmış kimi, rəsmi Bakını "ləzgi kartı" ilə də hədələməyə çalışır.

Hələ biri də var, rusiyalı deputat, dırnaqarası "hərbi mütəxəssis" Andrey Qurulyev... Hansı ki, ölkəmizdən gələn mallara embarqo qoyulmasını təklif edir və bu vəziyyətdən Azərbaycanın daha çox itirəcəyini vurğulayır. Üstəlik, Azərbaycan diasporuna təzyiqləri artırmağı, Rusiyada yaşayan azərbaycanlıların biznesinə zərbə vurmağı məsləhət görür. Hətta Rusiya-Azərbaycan sərhədi boyunca uzana bilən xüsusi hərbi əməliyyatın həyata keçirilməsini mümkün adlandırır. Dövlət Dumasının müdafiə komitəsinin üzvü Andrey Kolesnik də Azərbaycan hökumətini hədəf alan sərt və etikadan uzaq açıqlama verərək deyir ki, Moskva istənilən vaxt bölgəyə qoşun yeridə bilər. " - deyə, mövzunu şərh edib.

Bu barədə daha ətraflı məlumat süjeydə: 

Seçilən
41
39
day.az

10Mənbələr