AZ

Gənc aktyor ağacın altında qaldı

Olay.az saytından alınan məlumata görə, ain.az bildirir.

Gənc aktyor ağacın altında qaldı

Gənc aktyor İbrahim Yıldız ağır qəza keçirib.

OLAY yazır ki, o, İstanbulda güclü külək nəticəsində devrilən ağacın altında qalıb.

Ətrafdakıların köməyi ilə o, ağacın altından çıxarılıb. Lakin ağır yaralanıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

“Duy Beni” serialında Dağhan, “Bir Zamanlar Kıbrıs”da Çoban Sefer, “Muhteşem Yüzyıl: Kösem”də isə Hasan obrazlarını canlandıran 27 yaşlı aktyorun hazırda Marmara Universiteti Pendik Tədris və Araşdırma Xəstəxanasında koma vəziyyətində olduğu və durumunun ağır olduğu bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
2
olay.az

10Mənbələr