AZ

Xameneinin müşaviri: İsrail və ya ABŞ ilə müharibə hər an başlaya bilər

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İranın ali dini lideri Əli Xamneyinin baş hərbi müşaviri Yəhya Rəhim Səfəvi bildirib ki, İsrail və ya ABŞ ilə yeni müharibə hər an başlaya bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə o, İran mediasına müsahibəsində deyib.

"Biz atəşkəsdə deyilik, müharibədəyik. Bizimlə ABŞ və ya İsrail arasında heç bir protokol, qayda və ya razılaşma olmayıb. Düşünürəm ki, daha bir müharibə ola bilər və ondan sonra da müharibələr olmaya bilər", - deyə o qeyd edib.

Hərbi müşavir: “Amerikalılar və sionistlər sülhü güc yolu ilə yaratdıqlarını deyirlər. Ona görə də İran da güclü olmalıdır, çünki təbiət sistemində zəiflər tapdalanır. Biz diplomatik, media, raket, dron və kiber hücum strategiyamızı gücləndirməliyik. Biz hərbçilər ssenarilər üzərində işləyirik, ən pis ssenarini nəzərdən keçiririk və bunun üçün plan hazırlayırıq”, - deyə Səfəvi vurğulayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
50
icma.az

10Mənbələr