AZ

Yer kürəsində şirin su ehtiyatları sürətlə azalır Alimlərdən xəbərdarlıq

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Yeni elmi araşdırma göstərir ki, Yer kürəsinin qitələri görünməmiş sürətlə quruyur və şirin su ehtiyatları sürətlə azalır. Hindistanın FLAME Universitetindən Yer sistemi alimi Hrishikesh Chandanpurkarın rəhbərlik etdiyi tədqiqat qrupu bildirir ki, iqlim dəyişikliyi və yeraltı sularının həddindən artıq istifadəsi səbəbindən qarşıdakı daha quru dövrlərə hazırlaşmaq üçün təcili tədbirlər görülməlidir.

Alimlər NASA-nın Cazibə Gücünün Bərpası və İqlim Təcrübəsi peyk missiyalarının 20 ildən artıq müşahidələrini təhlil edərək, 2002-ci ildən bəri yerüstü su anbarlarında baş verən dəyişiklikləri izləyiblər. Nəticələr göstərir ki, Antarktida və Qrenlandiya istisna olmaqla, bütün qitələr sürətlə quruyur. Hətta hər il quruyan ərazilər Kaliforniyanın ölçüsündən iki dəfə böyük sahəyə bərabər artır.

Araşdırmaya görə, insan fəaliyyəti Yerin su dövranını ciddi şəkildə pozub. “Quru” ərazilər daha da quruyur, “yaş” ərazilər isə nisbətən az nəmlənir. Bu proses nəticəsində həm səth suları (göllər, çaylar), həm də dərinliklərdəki akiferlərdə saxlanılan yeraltı sular sürətlə tükənir. Hazırda dünya əhalisinin 75 faizi, 101 ölkədə yaşayan insanlar su çatışmazlığının artdığı ərazilərdədir. Məlum olub ki, qitələrdən çıxarılan şirin suyun böyük hissəsi okeanlara axır və bu proses artıq buz təbəqələrinin əriməsindən daha çox dəniz səviyyəsinin qalxmasına təsir göstərir. Xüsusilə Kanada və Rusiyada ərimə və əbədi donun itməsi əlavə təsir yaradır. Digər qitələrdə isə su itkisinin əsas səbəbi insanların qrunt sularını həddən artıq istifadəsidir. Məsələn, Kaliforniyanın Mərkəzi Vadisində (dünya badamının 70 faizi burada istehsal olunur) və Aral dənizi yaxınlığında pambıq istehsalı üçün qrunt sularının həddən artıq istifadəsi ekosistemlərin tükənməsinə səbəb olub.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, qrunt sularının davamlı istifadəsi təmin edilməsə, artan temperatur və quraqlıqlar vəziyyəti daha da ağırlaşdıracaq. Onların fikrincə, bu resursun qorunması isindiyi bilinən dünyada həyati əhəmiyyət daşıyır.

Məqalənin müəllifləri bildirirlər: “İqlim dəyişikliyi ilə mübarizə üçün qlobal səylər güclənirsə, qitələrin sürətlə qurumasının qarşısını almaq üçün də eyni addımlar atıla bilər”.(azərtac)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
8
bizimyol.info

10Mənbələr