AZ

İsrail Qəzzada reaktiv yaylım atəşi açdığını bildirib

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubunda yəhudi dövlətinin ərazisini atəşə tutmağa hazırlaşan radikal reaktiv yaylım atəşi sistemlərinə zərbələr endirib.

NOCOMMENT.az bildirir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Son 24 saat ərzində Qəzza zolağının cənubunda fəaliyyət göstərən qoşunlar İsrail ərazisini atəşə tutmaq üçün hazırlanmış bir neçə reaktiv yaylım atəşi qurğusunu aşkar edib və onlara hücum ediblər”, – məlumatda deyilir.

Bundan əlavə, ordu birləşmələri “Qəzza zolağının bütün ərazisində terror təşkilatlarına qarşı əməliyyatları davam etdirir”, – mətbuat xidməti bildirib. Xüsusilə, Fələstin anklavının şimal və mərkəzi hissələrində İsrail qoşunları hərbi obyektləri, silahlı radikalları, “terror təşkilatlarının həm quru, həm də yeraltı hərbi infrastrukturunu” məhv etməkdə davam edir.

Mətbuat xidməti həmçinin bildirib ki, “son 24 saat ərzində İDF “əməliyyatları zamanı quru bölmələrinə atəş dəstəyi” çərçivəsində Qəzza zolağında bir neçə hərbi hədəfə hücum edib.

Seçilən
81
16
nocomment.az

10Mənbələr