AZ

Vaşinqtondayam, Trampla görüşəcəyəm Zelenski

ain.az bildirir, Unikal.az portalına istinadən.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də səfərdə olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.

"Mən artıq Vaşinqtondayam. Prezident Trampla görüşəcəyəm. Avropa liderləri ilə danışacağıq. Dəvətə görə ABŞ prezidentinə minnətdaram", - V.Zelenski qeyd edib.

O vurğulayıb ki, Ukrayna uzunmüddətli sülhdə israrlıdır.

"Və ümid edirəm ki, ABŞ-li, avropalı dostlarımızla ümumi gücümüz Rusiyanı sülhə vadar edəcək", - V.Zelenski yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
50
unikal.az

10Mənbələr