AZ

Laçın yaxınlığındakı kənddə erməni itkin düşdü...-RƏSMİ

"Xndzoresk kənd sakini 43 yaşlı Vardan Qriqoryan İtkin düşmüş şəxs qismində Gorus polis İdarəsi tərəfindən axtarılır. Onun harada olması barədə məlumatı olanlardan ən yaxın Gorus Polis idarəsinə müraciət etmələri və ya 1-02 nömrəsinə zəng etmələri xahiş olunur".
Moderator.az xəbər verir ki, bunu "Hraparak" nəşri yazıb.
 
"P.S: Nəzərinizə çatdıraq ki, Nerkin Xndzoresk sərhəd kəndidir və Azərbaycanın mövqeləri çox yaxındır", - xəbərin davamında belə deyilir.
 
Moderator.az-dan zəruri arayış:
 
Xınzirək (Qaranlıq dərə) ermənilərin (Xndzoresk) adlandırdıqları kənd XX əsrin əvvəllərində Yelizavetpol quberniyasının Zəngəzur qəzası tərkibində Ermənistan SSR-in himayəçiliyinə verilən Qərbi Zəngəzurun ən qədim azərbaycanlılar yaşayan kəndlərindən biri olub.

Kənd, Laçın şəhərindən 15 kilometr qərbdə, Gorus şəhərindən 8 kilometr şərqdə, Gorus-Xankəndi magistral yolunun yaxınlığında yerləşir. Kəndin adı türk toponimində “qaranlıq dərə”, “dərin dərə”, “böyük dərə” kimi mənalandırılır. Kəndin adı Sovetlər dönəmində ermənilər tərəfindən dəyişdirilərək Xndzoresk (Xınzirək) adlandırılıb.

 

S.Laçın

Seçilən
44
50
moderator.az

10Mənbələr