AZ

Türkiyədə daha bir avtobus qəzası 3 ölü, çox sayda yaralı

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Türkiyənin Şimal Mərmərə şosesində sərnişin avtobusunun aşması nəticəsində 3 nəfər ölüb, 20 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Qəza səhər saatlarında qeydə alınıb. Ədirnə istiqamətində hərəkət edən 60 TY 228 dövlət nömrə nişanlı sərnişin avtobusu Sancaktepe Yenidoğan kəsişməsinin yaxınlığında dönmə əməliyyatını düzgün yerinə yetirə bilməyərək aşıb. Avtobusda olan 35 sərnişindən üçünün öldüyü, 20-nin yaralandığı bildirilir. 

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanalara çatdırılıb.

İstanbul Valiliyi qəza ilə bağlı araşdırmalara başlayıb.

 Ağarza Elçinoğlu 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
50
unikal.az

10Mənbələr