ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Suriya ordusuna inteqrasiya olunması gözlənilən və özlərini SDG (Suriya Demokratik Qüvvələri) adlandıran YPG/PYD terror təşkilatları üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi bölgədə gərginliyin artmasına səbəb olub.
"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, Şam hökuməti əməliyyat hazırlıqlarına başlayaraq, Rakka və Deyr əz-Zordan YPG/PYD terorçularından təmizləmək üçün 50 min əsgər göndərib.
Məlumata görə, əməliyyatın məqsədi terorçuları bölgədən çıxarmaqdır.
Xatırladaq ki, martın 10-da Suriya hökuməti ilə PKK-nın Suriya qolu olan YPG/PYD arasında razılaşma imzalanmışdı. Həmin sənədə əsasən, YPG/PYD-yə bağlı silahlı qrupların Suriya ordusuna inteqrasiya olunması nəzərdə tutulmuşdu. Lakin ötən müddətdə YPG/PYD bu şərtlərə əməl etmədiyi kimi, əks addımlar atmağa davam edib.
Qərb mətbuatında yayılan məlumatlarda həmçinin qeyd olunur ki, amerikalı rəsmilər YPG/PYD rəhbərliyini xəbərdar edərək, Suriya hökuməti hücuma keçəcəyi təqdirdə beynəlxalq koalisiyanın onları qorumaq imkanının olmayacağını bildiriblər.
Məlumatlarda o da qeyd olunur ki, bölgədəki terrorçu qruplara qarşı çıxan ərəb tayfaları əməliyyata dəstək göstərəcək. Bildirilir ki, YPG/PYD-nin tərkibindəki 70 min silahlının təxminən 30 faizi ərəb əsillidir. Ekspertlərin fikrincə, əməliyyat başladığı halda bu döyüşçülərin də Suriya ordusunun tərəfinə keçməsi mümkündür.
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.