AZ

Moped sürənlər təhlükə yaradır

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

"Gənc və iş tapa bilməyənlər kuryer kimi çalışır. Hər zaman onların yanında olmuşam. Son zamanlar moped sürənlərin özləri öyrənir, kurs yoxdur. Bu da piyadaları və maşın sürənləri qəzəbləndirir. Bəzən bahalı maşın sürənlər onların üstünə gəlir. Bu, pisdir. Amma bir neçə gündür görürəm ki, bir çox gənc bilərəkdən qayda pozur, qəza yaranmasına şərait yaradırlar".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı, prodüser Tarix Əliyev sosial şəbəkədə yayımladığı videoda deyib. O, moped sürənlərə səslənib:

"Böyük problemlərə səbəb olurlar. Bu, təkcə sürücülərin arasında yox, piyada keçidində də rast gəlinir. Polis onları saxlayanda, aparıb cəza verəndə səs-küy salırlar. Bu gün başıma gələni çəkmədim, amma günahkar idi. Ölümlə nəticələnə bilərdi. Diqqətli olun".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
43
axsam.az

10Mənbələr