AZ

Çin: Ukrayna böhranının həllinə öz üsulumuzla töhfə verəcəyik - ÖZƏL

Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, rəsmi Pekin Ukrayna böhranının həllinə özünəməxsus üsullarla töhfə vermək niyyətindədir. Olaylar.az xəbər verir ki, Nazirliyin rəsmi nümayəndəsi Mao Nin brifinqdə çıxışı zamanı bildirib: "Biz tərəfləri danışıqların vacibliyinə inandırmaqda və böhranın siyasi yolla həllinə kömək etməkdə öz yolumuzla davam edəcəyik".
Onun sözlərinə görə, Çin Ukrayna məsələsində ardıcıl və aydın mövqe tutur. Mao Nin Pekinin atəşkəs razılaşması əldə olunacağı təqdirdə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olub-olmaması barədə suala isə konkret cavab verməyib.
Nazirlik rəsmisi vurğulayıb ki, Çin bu məsələdə nə təsdiq, nə də təkzib irəli sürmür, lakin siyasi həll yolunun vacibliyini daim önə çəkir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
6
olaylar.az

10Mənbələr