Azərbaycanlı basketbolçu Rüstəm Əliyevin yeni klubu bəlli olub. “Abşeron Lions”dan SİA-ya verilən məlumata görə, 30 yaşlı oyunçu heyətə cəlb edilib.
Təcrübəli basketbolçu 2025/2026 mövsümündə komandanın formasını geyinəcək.
Qeyd edək ki, Rüstəm Əliyev daha əvvəl "Sabah" və "Ordu"da da çıxış edib.