AZ

Rusiyada içərisində 40 sərnişinin olduğu təyyarə aeroportda uçuş-enmə zolağından kənara çıxıb

İçərisində 40 sərnişinin olduğu "An-24” təyyarəsi Tümen (Rusiya) hava limanında uçuş-enmə zolağından kənara çıxıb.

7News.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

"İlkin məlumatlara görə, bu gün səhər saatlarında "An-24” təyyarəsi Roşino hava limanında havaya qalxarkən uçuş-enmə zolağından kənara çıxıb. Təyyarənin göyərtəsində 6 ekipaj üzvü və 40 sərnişin olub. Xəsarət alan olmayıb", - məlumatda bildirilib.

İlkin məlumata görə, hadisə əyləc sistemindəki nasazlıq səbəbindən baş verib.
Seçilən
26
50
7news.az

10Mənbələr