AZ

Aeroport yolunda QƏZA baş verdi:tamaşa edən sürücülər tıxac yaratdı

Heydər Əliyev prospektində yol qəzası baş verib, nəqliyyatda sıxlıq yaranıb.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Avtosfer.az-a verdiyi məlumata görə, Bakı şəhərinin Nizami rayonu ərazisində, Heydər Əliyev prospektində – Bakı Olimpiya Stadionunun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində həm şəhər mərkəzi istiqamətində, həm də Aeroport şosesinə doğru nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Sıxlığın aradan qaldırılması məqsədilə əraziyə cəlb olunan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.

Fotoya diqqətlə baxdıqda görünür ki, yol-nəqliyyat hadisəsi ayrıca zolağın üzərində baş verib. Qəzaya uğrayan hər iki avtomobil yolun hərəkət hissəsindən kənardadır. Buna baxmayaraq qarşı boş olduğu halda hərəkət intensivliyi aşağıdır, çünki əlinə telefon alıb çəkiliş aparan sürüclər tamaşa etməyə üstünlük verirlər.

Sürücülərə həmin istiqamət üzrə hərəkətdə olarkən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Seçilən
53
50
avtosfer.az

8Mənbələr