AZ

SOCAR-ın Ukraynadakı neft bazası Rusiyanın hücumundan sonra... – ANBAAN VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus neft bazası avqustun 17-dən 18-nə keçən gecə Odessa vilayətində “Şahed” tipli pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalıb. 

Bizim.Media xəbər verir ki, zərbələr nəticəsində iri miqyaslı yanğın baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna KİV: “Rusiya SOCAR-ın yanacaqdoldurma məntəqəsini PUA ilə VURUB” – VİDEO


Məlumata görə, bazadakı bütün 17 yanacaq çəni, nasos stansiyası, operator və çəki otaqları, həmçinin texniki tikililər zədələnib. Obyektin hasarı isə dağılıb. 

Zərərin miqdarı dəqiqləşdirilir, müvafiq ekspertiza təyin olunub. Ərazidə təcili bərpa işləri aparılır.

Qeyd edək ki, neft bazasının ümumi saxlanma həcmi 16 min kubmetrdən artıq olub. Xatırladaq ki, avqustun 6-na keçən gecə də Rusiya ordusu SOCAR-ın Odessadakı neft bazasına “Shahed” PUA-ları ilə zərbə endirmişdi.


Bizim.Media

Seçilən
24
40
bizim.media

10Mənbələr