The New York Times isə yazıb ki, Trampla Rusiya prezidenti Vladimir Putinin Alyaskadakı görüşündən sonra ABŞ lideri Avropa ölkələrinin başçılarına sülh planı təqdim edib. Plana əsasən, Ukrayna Donbasın hələ azad olunmamış hissələrini də Rusiyaya güzəştə gedəcək. Əvəzində, mövcud cəbhə xətti boyunca atəşkəs elan ediləcək və həm Kiyev hakimiyyətinə, həm də Avropaya təhlükəsizlik zəmanətləri veriləcək.
Bununla belə, Reuters-in məlumatına görə, Zelenski Trampla telefon danışığında bütün Donbası Rusiyaya verməyin mümkünsüz olduğunu bildirib.
Avqustun 18-də Zelenski Vaşinqtonda Tramp, Fransa prezidenti Emmanuel Makron, Britaniyanın baş naziri Keir Starmer, Almaniya kansleri Fridrix Mers, İtaliyanın baş naziri Corciya Meloni və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə görüşəcək.