AZ

“Brent”in barreli 65,91 dollara kimi bahalaşıb

Finss.az xəbər verir ki, cümə axşamı səhər neft qiymətləri bir gün əvvəl verdiyi itkiləri geri qaytararaq mülayim şəkildə yüksəlir.

Londonun ICE Futures birjasında oktyabr müqavilələrinin qiyməti Moskva vaxtı ilə saat 8:06-a olan məlumata görə, bir barel üçün 0,28 dollar (0,43%) artaraq 65,91 dollar olub. Çərşənbə günü onlar 0,49 dollar (0,7%) ucuzlaşaraq 65,63 dollar/barelə düşüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində sentyabr ayı üçün WTI neftinin fyuçersləri 0,25 dollar (0,4%) bahalaşaraq bir barelə görə 62,9 dollar təşkil edir. Əvvəlki sessiyanın nəticələrinə görə onların qiyməti 0,52 dollar (0,8%) ucuzlaşaraq 62,65 dollar/barelə bərabər olub.

Çərşənbə günü ticarət zamanı Brent müqavilələrinin qiyməti iyunun 6-dan bəri ən aşağı səviyyəyə enərək 65,01 dollar/barelə, WTI isə 61,94 dollar/barelə enərək iyunun 2-dən bəri ən aşağı səviyyəyə düşüb.

Bazar iştirakçıları ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında cümə günü Alyaskada baş tutacaq görüşü gözləyirlər.

Seçilən
58
3
fins.az

3Mənbələr