AZ

18 yaşına çatmayan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı azalıb

Ötən il 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin nəşr etdirdiyi "Azərbaycanda uşaqlar" məcmuəsində qeyd olunub.

Qeyd olunub ki, 2024-cü ildə 1279 uşaq yetkinlik yaşına çatmayan ana tərəfindən dünyaya gətirilib. Bu say 2023-cü ildə 1742, 2022-ci ildə isə 2011 nəfər təşkil edib.

Seçilən
49
32
operativmm.az

10Mənbələr