Olaylar.az xəbər verir ki, o, üzrxahlığını özünə məxsus Facebook səhifəsində dərc edib: "Korrupsiyaya Qarşı Mübarizə Komissiyası mənim çıxışımda iki məlum epizodda davranış qaydalarının pozulmasını qeydə alıb. Bəzi qiymətləndirmələrlə tam razılaşmamağıma baxmayaraq, üzr istəyirəm".
Paşinyan üzrxahlığın komissiyanın qərar verdiyi yalnız iki ifadəyə aid olduğunu vurğulayıb.
Bundan əvvəl komissiya Paşinyanın məmurun davranış kodeksini pozduğu qənaətinə gəlib. Təhqiqat Paşinyan Erməni Apostol Kilsəsinin ruhaniləri haqqında xoşagəlməz şərhlərin yer aldığı yazı dərc etdikdən sonra başlayıb. Baş nazirin açıqlamaları linqvistik ekspertizadan keçirilib və müəyyən edilib ki, erməni dilində "dompel" sözünün iki mənası ("vurmaq" və "cinsi əlaqədə olmaq") var və baş nazir öz postunda ikinci mənadan istifadə edib. Ekspertlərin qənaətinə görə, Paşinyanın yazısında "söz seçimi ilə bağlı kobud və ədəbsiz subtekst var".