AZ

Daşkəsəndə 16 min manatlıq mal-qara və at oğurlandı

Daşkəsəndə mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.


DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Manset.az-a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cari ilin iyul-avqust ayları ərzində ayrı-ayrılıqda 3 vətəndaşa məxsus ümumi dəyəri 16000 manat olan 6 baş iribuynuzlu heyvanı və 2 rəst atı oğurlamaqda şübhəli bilinən, E. Əliyev, R. İsgəndərov və A. Alışanov saxlanılıb. İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdiklər cinayət hadisəsini etiraf edərək vətəndaşa məxsus heyvanları satmaq məqsədi ilə oğurladıqlarını bildiriblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
10
50
manset.az

10Mənbələr