Bakı.Trend:
“Elmlər Akademiyası” metro stansiyasının qarşısında piyadalarıntəhlükə ilə üzləşdiyi kəsişmədə svetoforlara piyada bölmələriquraşdırılıb.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatıİntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, tədbirlər zamanı Yasamal rayonu, Hüseyn Cavidprospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində 2 ədədsvetofora yeni piyada bölmələri quraşdırılıb. Bununla da, metronun“Elmlər Akademiyası” stansiyasından istifadə edən şəxslərin dahaçox üstünlük təşkil etdiyi bu kəsişmədə piyadalar üçün təhlükəlivəziyyətin yaranmasının qarşısı alınıb.
Bildirilib ki, həmçinin Nəsimi rayonu, Asif Məhərrəmov küçəsininMir Cəlal küçəsi ilə kəsişməsində də 2 ədəd əlavə dirəklər olmaqla,4 ədəd piyada svetoforu quraşdırılıb.
Qeyd edilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzininəməkdaşları tərəfindən paytaxt yollarında monitorinqlər keçirilərəkzəruri hissələrin yeni svetofor və bölmələrlə təmin edilməsi işləridavam etdirilir.