AZ

Tütün məmulatlarının istehsalı 8,1 faiz artıb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 564,2 milyon manatlıq tütün məmulatları istehsal olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, dövr ərzində 9 072,1 milyon siqaret və siqarlar istehsal olunub. Bu sahədə 9,7 faizlik artım qeydə alınıb.

Ümumilikdə, ölkədə 1 118,6 ton tütün istehsal olunub. Hazır məhsul ehtiyatı 518,8 ton təşkil edib.

Seçilən
37
50
vergiler.az

10Mənbələr