AZ

Azərbaycanda işsizlik 5.3%-də stabilləşib – Dövlət Statistika Komitəsi açıqladı

2025-ci il avqustun 1-i vəziyyətinə Azərbaycanda işsizlik səviyyəsi 5.3 faizdə stabilləşib. İlkin məlumatlara əsasən, kiçik azalma müşahidə olunsa da, artıq bir ildir ki, işsizlik 5.4 faizdən aşağıdır.

İqtisadi fəal əhali və məşğulluq göstəriciləri
Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 355.4 min nəfər təşkil edib. Onlardan 5 milyon 74.2 min nəfəri məşğul əhali kimi qeyd olunub. 2025-ci ilin iyulun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 770.8 min nəfər olub. Bunlardan 864.2 min nəfəri dövlət sektorunda, 906.6 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.

İqtisadiyyatın sektorlara bölünməsinə görə, neft-qaz sektorunda 31.2 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 739.6 min nəfər işləmişdir.

Muzdla çalışan işçilərin sahələr üzrə payı
Müəssisə və təşkilatlarda muzdla çalışanların 22.9 faizi məhsul istehsalı sahələrində fəaliyyət göstərib. Onlardan:

  • 7.7%-i emal sənayesində

  • 6.7%-i tikintidə

  • 2.7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı

  • 2.4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

  • 1.8%-i mədənçıxarma sənayesində

  • 1.6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində çalışıb.

Xidmət sahəsində çalışan işçilərin payı isə:

  • 18.8%-i ticarət və nəqliyyat vasitələrinin təmiri

  • 18.3%-i təhsil

  • 8.5%-i səhiyyə və sosial xidmətlər

  • 6.3%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat

  • 4.2%-i nəqliyyat və anbar təsərrüfatı

  • 4.1%-i inzibati və yardımçı xidmətlər

  • 3.9%-i peşə, elmi və texniki fəaliyyət

  • 3.7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə

  • 2.9%-i istirahət, əyləncə və incəsənət

  • 2.3%-ü maliyyə və sığorta fəaliyyəti

  • 1.9%-u informasiya və rabitə

  • 1.1%-i daşınmaz əmlak əməliyyatları

  • 1.1%-i digər xidmət sahələrində çalışıb

Əlavə bax: Gəncədə “PAŞA Bank”ın “Bilik səfəri” regional inkişaf layihəsinə qeydiyyat davam edir

 

 

Seçilən
131
16
fins.az

10Mənbələr