AZ

Aİ Tramp-Zelenski görüşündən panikaya düşüb

ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasında gözlənilən görüşlə bağlı Avropa İttifaqı (Aİ) liderləri arasında çaxnaşma yaranıb.

NOCOMMENT.az bildirir ki, bu barədə The New York Times (NYT) məlumat yayıb.

“Trampı qəzəbləndirməkdən qorxaraq adının gizli qalmasını istəyən yüksək səviyyəli bir avropalı diplomat, Avropalı müttəfiqlər arasında çaxnaşma olduğunu təsvir etdi”, nəşr iddia edir.

Mənbə qeyd edib ki, İraq müharibəsindən sonra belə bir görüş ilk dəfədir ki, bu qədər tez hazırlanır. Diplomat bildirib ki, əsas vəzifə fevralda Ağ Evdə Tramp-Zelenski danışıqları nəticəsində yaranmış qalmaqalın təkrarlanmamasıdır.

Bundan əvvəl Amerika lideri bildirib ki, Ağ Evin Aİ liderləri və Ukrayna prezidenti ilə görüşü ərəfəsində “böyük gün” olacaq.

Seçilən
49
50
nocomment.az

10Mənbələr