AZ

Azərbaycan çempionatları tarixində çalışmış əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb » AzadMedia.az


 
Futbol üzrə Azərbaycan çempionatları tarixində meydana baş məşqçi və ya əvəzi kimi komanda çıxaran əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb.

Bu, Misli Premyer Liqasının I turunda reallaşıb.

Tur iki legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

Portuqaliyalı Xorxe Kaskilya “İmişli”nin, serbiyalı Saşa İliç “Sumqayıt”ın “sükanı arxasında" ilk çempionat matçına çıxıb.

Portuqaliyalının yetirmələri evdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzubsa, serbiyalı komandası ilə “Kəpəz” üzərində qələbəyə sevinib – 3:0.

Bununla da Premyer Liqa (əvvəllər güclülər dəstəsi) tarixində meydana baş məşqçi və ya əvəzi kimi komanda çıxaran əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb. Kaskilya ilk portuqaliyalı olubsa, İliç 5-ci serbiyalıdır. O, həm də “Sumqayıt”da 3-cü legioner çalışdırıcıdır.

Qeyd edək ki, Kaskilya “İmişli”nin Premyer Liqada ilk baş məşqçisidir.
Seçilən
28
40
azadmedia.az

10Mənbələr