AZ

Televizor - Qorxmaz Şıxalıoğlunun hekayəsi

18 avqust şair, yazıçı, kinodramaturq İlqar Fəhminin doğum günüdür.

Kulis.az bu münasibətlə şairin "Olmadım" şeirini təqdim edir.

Ömür gedir oyun kimi

Keçir ələkdən un kimi

qəfil gələn qurşun kimi

Doqquz qram da olmadım.

Əgər fələk qoyubsa mat

Gözünü açma, durma, yat

Qırıq-qırıq keçir həyat

Heyif ki, tam da olmadım.

Günəş kimi alışsam da

Axırda şam da olmadım.

Sən məni Allah bilirdin

Mən heç adam da olmadım.

Seçilən
90
11
kulis.az

10Mənbələr