Salyan rayonunda qaz təchizatında fasilələr yaranacaq.
Milli.Az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilir ki, Salyan rayonu Abad kəndində kənd bələdiyyəsinin müraciəti əsasında şor kollektorunun qazılmasına maneə yaradan d57mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə əlaqədar bu gün saat 10:30-dan etibarən işlər başa çatanadək (ümumi 671 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Milli.Az