AZ

Əlcəzairdə zəlzələ olub

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Əlcəzairin Tebessa şəhərində 5,8 bal gücündə zəlzələ olub

TurkicWorld xəbər verir ki, Əlcəzairin şərqində yerləşən Tebessa şəhərində 5,8 bal gücündə zəlzələ baş verib. Əlcəzair Astronomiya, Astrofizika və Geofizika Tədqiqatları Mərkəzi yeraltı təkanların episentrinin Neqrin rayonundan 10 kilometr cənub-şərqdə olduğunu açıqlayıb.

Qurumun məlumatına görə, əsas təkanlardan təxminən 10 dəqiqə sonra, yerli vaxtla 20:22-də daha 4,7 bal gücündə afterşok qeydə alınıb. Onun episentri isə Neqrindən 26 kilometr cənub-şərqdə olub.

Əlcəzair Mülki Müdafiə Müdirliyi ilkin açıqlamasında zəlzələ nəticəsində can və ya mal itkisinin qeydə alınmadığını bildirib, araşdırmaların davam etdiyini vurğulayıb.

Qeyd edək ki, ölkənin şimal bölgələrində, xüsusilə Aralıq dənizi sahillərində kiçik və orta güclü zəlzələlər tez-tez baş verir. Əlcəzairdə son dağıdıcı zəlzələ isə 2003-cü ilin mayında Bumerdas əyalətində olub və 7 bal gücündəki təkan nəticəsində 2000-dən çox insan həlak olub.

Seçilən
49
50
turkic.world

10Mənbələr