AZ

Azərbaycanın aşağı liqa klubu 10 min dollar QAZANDI

Kristian Kamta «Difai»yə 10 min dollar qazandırıb.

Kamerunlu hücumçu “Al-Karh”a keçmək üçün ”fədailər”ə bu qədər ödəmə edib.

Bu da I Liqa klubu üçün rekord məbləğdir. Hələ heç bir aşağı liqa təmsilçisi ona məzsus yerli və ya əcnəbi oyunçusunu bu qiymətə göndərməyib.

2023-cü ilin noyabrından «Difai»nin formasını geyinən afrikalının müqaviləsi gələn ilin yayında başa çatacaqdı.

Sərbəst agent statusu almaq üçün xərcə düşən Kamta bundan sonra İraqda yaxşı gəlir əldə edəcək.

Bu ölkənin Super Liqasında mübarizə aparan “Al-Karh”la 2 illik müqavilə imzalayan 30 yaşlı ön xətt oyunçusu 5500 dollar əməkhaqqı alacaq.

SPORTİNFO.AZ

Seçilən
85
50
sportinfo.az

10Mənbələr