AZ

Rusiyada içərisində 40 sərnişinin olduğu təyyarə aeroportda uçuş-enmə zolağından kənara çıxıb

İçərisində 40 sərnişinin olduğu “An-24” təyyarəsi Tümen (Rusiya) hava limanında uçuş-enmə zolağından kənara çıxıb.
 
Bu barədə Ural Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
 
"İlkin məlumatlara görə, bu gün səhər saatlarında “An-24” təyyarəsi Roşino hava limanında havaya qalxarkən uçuş-enmə zolağından kənara çıxıb. Təyyarənin göyərtəsində 6 ekipaj üzvü və 40 sərnişin olub. Xəsarət alan olmayıb", - məlumatda bildirilib.
 
İlkin məlumata görə, hadisə əyləc sistemindəki nasazlıq səbəbindən baş verib.
 
(Report)
Seçilən
8
50
moderator.az

10Mənbələr