AZ

İranda ilk dəfə taksi şirkəti quran Qacar şəhzadəsi

Fotoda İran adlanan dövlətdə ilk dəfə sistemli taksi xidməti göstərən böyük şirkəti quran Qacar şəhzadəsi Əşrəf əl-Mülkdür.
1883-cü ildə Təbriz şəhərində anadan olub
Atası Qacar sülaləsindən olan Şah Müzəffərəddin, anası isə Sərvər əl-Sultanə idi.
O, ailəsinin nüfuzunu genişləndirmək və ölkənin ən zəngin qadınlarından birinə çevrilmək üçün miras və sahibkarlıq bacarığından istifadə edərək Tehranın Elayeh rayonu da daxil olmaqla əhəmiyyətli torpaqlara sahib olmaqla böyük taksi şirkəti qurub..
O, köhnə at arabalarını əvəz etmək üçün ağ Fiat avtomobillərini ölkəyə gətirərək İranda taksi sisteminin qurulmasının banisi olub.
1947-1948-ci illərdə o, Tehranda rəsmi olaraq 100-ə yaxın avtomobil alaraq taksi şirkəti yaradıb və sürücülər işə götürür ki, bu da müntəzəm marşrutların və sistemli sərnişin xidmətinin yaranmasına səbəb olub. Onun sürücülərinin o dövrdə xüsusi geyimləri və davranış qaydaları olub ki, Avropada belə sistemli iş qurulmamış idi..
O eyni zamanda Rəşt şəhərinə 50 taksi göndərdiyi də məlumdur ki, bu da sahibkarlıq təşəbbüsünün paytaxtdan kənarda genişlənməsini göstərir.
Fars və fransız dillərində bilən Şəhadət eyni zamanda ana dili Türk dilində rahat danışardı və sürücüləri ilə əsas ünsiyyət dili bu idi.
Nikahı siyasi və sosial məqsədlərə xidmət etmişdir və bunun üçün İranın hərbçi ailələrindən biri olan Əbdül Hüseynlə ailə qurmuşdur. Əri pəhləvilər ilə qohum idi. Bundan sonra övladları yüksək vəzifələrə təyin edilib. Oğlu Əli Əmini Pəhləvi dövründə İranın baş naziri olub.
Digər övladları da müxtəlif dövlət və diplomatik vəzifələrdə çalışıb
1955-ci ildə rəhmətə gedib...
Zaur Əliyev, tarixçi alim
Seçilən
13
33
news365.az

10Mənbələr