AZ

ANAMA keçirdiyi tenderə maraq göstərən şirkət olmadı - TENDER LƏĞV OLDU

Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən tibbi alətlərin satın alınması üçün elan edilmiş açıq tender ləğv olunub.

Nazirlik uniformalar satın alacaqdı, tender ləğv edildi - SƏBƏB
İcra Hakimiyyətinin 506 minlik tenderi niyə ləğv edildi? - DETALLAR

FED.az xəbər verir ki, satınalma prosesinin ləğv edilməsinə səbəb tenderdə iştirak edən və təklif təqdim edən təchizatçıların sayının üçdən az olmasıdır. Bu isə “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə uyğun olaraq tenderin keçirilməsinə imkan verməyib.

Tenderin ehtimal olunan dəyəri 31 892 AZN idi. Müsabiqə 22 iyul 2025-ci il, saat 14:22-də dərc olunmuş, təkliflərin son təqdim olunma tarixi və vaxtı 13 avqust 2025-ci il, saat 17:30 müəyyən edilmişdi. Zərflərin açılışı da eyni tarixdə və saatda keçirilməli idi.

Lakin təklif verənlərin sayı qanunvericilikdə tələb olunan həddən az olduğuna görə tenderin ləğv edilməsi barədə qərar qəbul edilib.

Seçilən
19
10
fed.az

10Mənbələr