“Ümumən fəxri adlara görə ödənilən təqaüd Azərbaycan büdcəsi üçün elə də böyük məbləğ deyil. Amma fəxri adların özü SSRİ-dən qalma bir şeydir”.
Bu sözləri “Yeni Sabah”a hüquqşünas Əkrəm Həsənov deyib.
O bildirib ki, bəzi sahələrdə fəxri adlar bütün sahələri əhatə etmir: Dominos pizza
“Misal üçün, hazırda xalq rəssamı, xalq artisti kimi fəxri adlar Baltikyanı ölkələrdə, Gürcüstanda yoxdur. Amma digərlərində ənənə qalır. O cümlədən Azərbaycanda, Rusiyada.
Amma sual yaranır ki, niyə müəyyən sahələrdə fəxri adlar var, müəyyən sahələrdə yoxdur. Elə götürək sizin və mənim sahəmi. Əməkdaş jurnalist və Əməkdar hüquqşünas kimi fəxri adlar hazırda mövcuddur. Amma niyə görəsə “xalq” sözü ilə başlayanı yoxdur.
Ümumiyyətlə, fəxri ad anlayışı Şərq ölkələrinə xas bir şeydir. SSRİ-dən çox-çox qabaq, orta əsrlərdə hökmdarlar şairlərə, yazıçılara ənam veriblər. Fikir versəniz, Nizami, Füzuli kimi şairlər öz dövrlərinin hökmdarlarından yazmayıblar. Əlbəttə, hər bir dövrün pis cəhətləri olduğu kimi, yaxşı cəhətləri də var”.
Əkrəm Həsənov vurğulayıb ki, fəxri adlarla bağlı qiyməti xalq verməlidir:
“Mən incəsənət sahəsinin adamı olmadığım üçün heç bilmirəm kim yaxşı mahnı oxuyur, yaxud kimin yaxşı səsi var. Amma bir çox insan deyir ki, məsələn, filan müğənni pis, amma Xalq artistidir. Belə şeylərə qiyməti xalq verməlidir. Dövlət fəxri ad vermək yerinə, Azərbaycan xalqı qarşısında xidmətləri olan şəxslərə maddi baxımdan kömək etməlidir.
Məsələn, qazilərimiz. Yəni qazilərin hünəri doğrudanmı səhnədə hamını feyziab, bəzən təlxəklik edən adamın etdiyindən aşağıdır ki, sonuncuya fəxri ada görə təqaüd vermirik, qaziyə vermirik”.
Xatırladaq ki, 2025-ci il iyul ayının 1-i vəziyyətinə görə, Azərbaycanda fəxri adlara görə 4716 nəfər təqaüd alır. Onlardan 246-sı "Xalq", 4470-i isə "Əməkdar" fəxri adına görə. "Xalq" fəxri adına görə təyin olunan məbləğ 200 manat, "Əməkdar" fəxri adına görə isə 150 manatdır.
Ümumən fəxri adlara və fərdi təqaüd alanlara aylıq 1 milyon 536 min 300 manat pul ayrılır. Bu, illik 18 milyon 435 min 600 manat vəsait deməkdir.
Nazim Hacıyev
Telegram kanalımız