Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
1. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.