AZ

Azərbaycanda siqaret istehsalı bir qədər zəifləyib - RƏQƏMLƏR

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 9 milyard 072,1 milyon ədəd siqaret və siqar istehsal edilib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə siqaret və siqar istehsalı 125,1 milyon ədəd və ya 1,4% azalıb.
2024-cü ilin yanvar-iyul ayları ərzində bu göstərici 9 milyard 197,2 milyon ədəd təşkil edib.
1 avqust 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 861,0 milyon ədəd təşkil edib ki, bu da illik müqayisədə 58,7 milyon ədəd və ya 6,4% azdır.
Ötən ilin eyni dövründə hazır siqaret və siqar ehtiyatı 919,7 milyon ədəd olub.

Seçilən
50
7
fed.az

10Mənbələr