AZ

Dünya xəritəsini dəyişmək istəyirlər

Yazını böyüt
Yazını kiçilt

55 dövlətin daxil olduğu Afrika İttifaqı hökumətlərin və beynəlxalq təşkilatların Merkator adlanan dünya xəritəsindən istifadə etməyi dayandırmasına çalışır.

Hafta.az xəbər verir ki, 16-cı əsrdə flamand kartoqrafı Qerardus Merkator tərəfindən naviqasiya üçün yaradılan proyeksiya qitələrin ölçülərini təhrif edərək, Şimali Amerika və Qrenlandiyanı böyüdür, eyni zamanda, Afrika və Cənubi Amerikanı kiçildir.

Afrika Birliyi Komissiyasının sədr müavini Selma Malika Haddadinin sözlərinə görə, Merkator proyeksiyası Afrikanın bir milyarddan çox əhalisi olan dünyanın ikinci ən böyük qitəsi olmasına baxmayaraq, daha kiçik olduğu barədə yanlış təəssürat yaradır.

O, belə stereotiplərin mediaya, təhsilə və siyasətə təsir etdiyini vurğulayıb:

"Afrika xəritəsinin hazırkı ölçüsü səhvdir. Bu, dünyada ən uzun sürən dezinformasiya kampaniyasıdır və sadəcə olaraq dayandırılmalıdır". /"Reuters"/

Seçilən
13
5
hafta.az

7Mənbələr