AZ

Ukrayna KİV: “Rusiya SOCAR-ın terminalını PUA ilə VURUB” – VİDEO

Avqustun 17-dən 18-nə keçən gecə Rusiya pilotsuz uçuş aparatları “Nova Poçta” terminalını və Azərbaycanın SOCAR neft şirkətinə məxsus terminalları hədəfə alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mediası və teleqram kanalları məlumat yayıb.

“Dumska” nəşri yazır ki, demək olar bütün “Shahed”lər eyni istiqamətə yönəlib. Odessa ətrafında güclü yanğın baş verib.
 

Bildirilib ki, yaşayış evləri də dağıntılara məruz qalıb. Hücumun nəticələri barədə rəsmi məlumat hələlik açıqlanmayıb.


Xatırladaq ki, avqustun 6-na keçən gecə də Rusiya ordusu SOCAR-ın Odessadakı neft bazasına “Shahed” PUA-ları ilə zərbə endirmişdi.


Bizim.Media

Seçilən
25
15
bizim.media

10Mənbələr