AZ

Dünya çempionatı üçün yeni format

style='margin-bottom:10px;'>

FİFA rəhbərliyi klublararası dünya çempionatının formatını yenidən dəyişmək imkanını nəzərdən keçirir

QOL.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, FİFA 2029-cu ildən başlayaraq yarışın iki ildən bir keçirilməsini və iştirakçıların sayının 32-dən 48 komandaya artırmağı düşünür. Yarışa bir ölkədən 2-dən çox klubun qatılmasına icazə verilməsi də müzakirə olunur.

Bildirilib ki, beynəlxalq təqvim onsuz da yükləndiyi üçün iyun ayında milli komandaların yoxlama oyunlarının 
ləğvi ideyası var. Konkret olaraq UEFA-dan Millətlər Liqasının təqviminə düzəliş etmək tələb olunacaq.

Xatırladaq ki, 2025-ci ilin yayında ABŞ-da 32 komandanın iştirakı ilə yeni formatda keçirilən çempionatın qalibi PSJ olub.

Seçilən
52
50
teleqraf.com

10Mənbələr