AZ

Saşa İliç Kəpəz üzərində qələbəni belə şərh etdi

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

Misli Premyer Liqasının 1-ci turu çərçivəsində bu gün öz meydanında "Kəpəz"i darmadağın edən "Sumqayıt"ın baş məşqçisi Saşa İliç oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, serbiyalı mütəxəssis belə danışıb:

"İkinci hissədə müəyyən problemlərimiz oldu. Çalışacağıq ki, bunu növbəti oyunlarda aradan qaldıraq. Azərbaycan Premyer Liqasında “Qarabağ”, “Neftçi” və bir sıra güclü komandalar oynayır. Hər bir komandaya qarşı ayrı hazırlaşacağıq.

İkinci hissədə biz bir neçə əvəzetmə etdik və yeni oyunçular meydana daxil oldu. Əslində, mən problemi oyunçuların fərdi səhvlərində görürəm. Adlarını çəkmək istəmirəm, amma 3:0 hesabda öndəsənsə, daha rahat və sadə oynamalısan. Amma bəzi oyunçular bunu dərk etmir. Bəzi hava mübarizələrində səhvlər oldu. Təbii ki, Ninkoviç və Keffel tam hazır deyil. Bu əvəzetmələri edirik ki, oyunçular komandaya tam uyğunlaşa bilsinlər.

“Qarabağ”ı Azərbaycanın ən güclü klubu kimi görürəm və onların avrokuboklardakı oyunlarını da izləyirəm. “Ferentsvaroş”la matç onlar üçün çətin olacaq, amma bizim üçün liqadakı matç bilmirəm avantaj olacaq, ya dezavantaj. Bu matçda etdiyimiz kimi səhvlər etsək, hər şey bizim üçün yaxşı qurtarmayacaq”.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
50
fanat.az

10Mənbələr