AZ

Maşinist əmri təkrarlamalı və təsdiq almalıdır

Qatarın qadağanedici göstəricidə qəbulu yalnız radiorabitə vasitəsilə verilən əmrlə mümkündür.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Bu əmr stansiya növbətçisi tərəfindən maşinistə çatdırılır. Əmr 5 nömrəli əlavənin 2-ci cədvəlinin tələblərinə əsasən verilir. Düzgün olmayan yolda da bu qayda tətbiq edilir. Maşinist əmri təkrarlamalı və təsdiq almalıdır. Yalnız bundan sonra qatar stansiyaya daxil olur.

Stansiya sərhədində quraşdırılmış xüsusi telefonla da əmrlər verilir. Bu əmrlər radiorabitədə olduğu kimi eyni məzmunla olmalıdır. Xüsusi telefondan yalnız lokomotiv briqadası istifadə edə bilər. Qatar stansiya sərhədində dayandıqdan sonra əmr verilir. Radiorabitə əmri isə əvvəlcədən verilə bilər. Bütün əmrlər qeydiyyata alınır və ciddi nəzarət olunur.

Seçilən
53
heftelik.az

1Mənbələr