AZ

Tovuzda daha bir NƏQLİYYAT HADİSƏSİ

Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes VİTO" markalı mikroavtobus yolu qarşı tərəfə keçmək istəyən 1975-ci il təvəllüdlü E. Qarayevi vurub. Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərinin müdaxiləsinə baxmayaraq 50 yaşlı kişi xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
20
46
Ajans.az

10Mənbələr