AZ

İki güləşçimiz DÇ-də bürünc medal üçün güləşəcək

Bakı. Trend:

Bu gün Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatınastart verilib.

Bu barədə Trend-əAzərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumatverilib.

İlk yarış günündə sərbəst güləş üzrə 70, 74, 97 və 125 kq-dafinalçılar müəyyənləşib.

Nurlan Ağazadə (70 kq) debütdə kanadalı Keyd Braunu mübarizədənkənarlaşdırıb – 9:2. Milli üzvü 1/8 finalda gücünü qırğızıstanlıZalkarbek Tabaldiyevə göstərib – 5:2. Güləşçimiz çinli Tao Veiniisə vaxtından əvvəl (12:2) üstələyərək yarımfinala yüksəlib. Nurlanfinalın bir addımlığında moldovalı Aleksandr Qaydarliyə məğlub olub– 4:7. Ağazadə sabah bürünc medal uğrunda güləşəcək.

Ağanəzər Novruzov (74 kq) bolqarıstanlı Stiliyan Corova heç birşans tanımayıb – 10:0. Ancaq 1/8 finalda almaniyalı U20 Avropaçempionu Manuel Vaqinə 2:7 hesabıyla uduzub.

Rəvan Musayev (97 kq) macarıstanlı Peter Jivnovskiyə tamüstünlüklə (10:0) qalib gəlsə də, 1/8 finalda fransalı AşabDadayevlə bacarmayıb – 2:12.

Yusif Dursunov (125 kq) startda çinli Ruljie Lini “tuş”layolundan kənarlaşdırıb. Həmyerlimiz gürcüstanlı AleksandreAbramişvilidən də güclü olub – 5:0. Yusif yarımfinalda iranlıAbolfazl Nejadla güləşib. Görüşdə güləşçilər fənd işlətməyib. Rəqibsonuncu xal prinsipinə əsasən (1:1) finala yüksəlib. Dursunov sabahüçüncü yer uğrunda qarşılaşmaya çıxacaq.

Seçilən
56
50
az.trend.az

10Mənbələr