AZ

“07:00-dan 22:00” yazılan avtobus zolağına 22:25-də girən sürücü CƏRİMƏLƏNDİVİDEO

Bakı şəhərində avtobus zolağına girən sürücü cərimələnib.

Xezerxeber.az-ın xəbərinə görə, paytaxt sakini Ramin Muxtarov deyir ki, bayraq meydanından azneft dairəsinə doğru hərəkət edərkən avtobus zolağına daxil olub. Buna səbəb isə yolun əvvəlində qoyulan və saat “07:00-dan 22:00”a qədər məhdudiyyət olduğunu bildirən nişan olub.

Onun sözlərinə görə, saat 22:00-dan sonra bu zolağa girməyin icazəli olduğunu düşündüyündən yoluna davam edib. Sürücü bildirir ki, Azneft dairəsində yenidən avtobus zolağına daxil olan zaman isə DYP əməkdaşı onu saxlayaraq protokol tərtib edib.

O həm də qeyd edir ki, cərimə kamera vasitəsilə deyil, birbaşa DYP maşını tərəfindən saxlanılaraq tətbiq edilib. Sürücü bildirir ki, əgər eyni istiqamətdə olan dənizkənarı küçəsində məhdudiyyət saatla göstərilirsə, niyə Azneft prospektində bu qayda əksini tapmayıb?

Mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polisindən “Xəzər Xəbər”ə bildirildi ki, vətəndaş şikayətlə bağlı idarəyə müraciət edə bilər. Onun müraciətinə baxılacaq və hüquqi müstəvidə qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
93
13
xezerxeber.az

10Mənbələr