AZ

Melitopolda rusların olduğu yük maşını məhv edilib...

...2025-ci il avqustun 16-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşlarının müvəqqəti işğal altında olan Zaporojye vilayətinin Melitopol şəhərində keçirdiyi əməliyyat nəticəsində təcavüzkar dövlətin Zaporojya cəbhəsinə verdiyi rus işğalçılarının yük maşını və sursat anbarı məhv edilib.

...Melitopolun Korvatski keçidi ərazisində yerləşən sənaye zonasında düşmənin şəxsi heyəti ilə yük maşını işğalçıların yerləşdirmə məntəqəsinə daxil olan zaman gurultu eşidilib.

SİA xəbər verir ki, bu barədə məlumatda deyilir.

Nəticədə dəniz piyadalarından olan azı altı rusiyalı hərbçi, həmçinin “Axmad-Vostok” Kadırov batalyonunun PUA-nın ekipajı məhv edilib.

Rus işğalçılarının bərpa olunmaz və sanitar itkilərinin dəqiq sayı müəyyənləşdirilir. Partlayış nəticəsində sursat anbarı da yanıb, ikinci dərəcəli partlayış səsləri eşidilib.

Ruslar hadisə yerinə 4 təcili yardım maşını göndərib.

Əli Babayev

Seçilən
6
43
sia.az

10Mənbələr