AZ

Vuçiç Tramp və Putin görüşünü tarixi hadisə adlandırdı

"Donald Tramp ilə Vladimir Putin arasında keçirilən danışıqlar bəşəriyyətin, Avropanın və Serbiyanın gələcəyi üçün həlledici əhəmiyyət kəsb edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.

“Serbiya Respublikası adından ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi və Rusiya Prezidenti Vladimir Putinin qonaq qismində iştirak etdiyi danışıqları alqışlamaq istəyirəm. Serbiya hesab edir ki, bu danışıqlar bəşəriyyətin, təbii ki, Avropanın gələcəyi, eyni zamanda Serbiyanın özü üçün olduqca mühüm əhəmiyyət daşıyır. Mən inanıram ki, sülhün təmin edilməsi insanların ali marağıdır və biz bunu xüsusilə Serbiya üçün vacib hesab edirik”, – o qeyd edib.

Vuçiçin sözlərinə görə, əgər tərəflər sülhə nail olarsa, Serbiyaya və serb xalqına qarşı yönələn təzyiqlərin və gərginliyin bir hissəsi ya azalacaq, ya da tamamilə aradan qalxacaq.

“Bu, bizə yalnız ABŞ və Rusiya ilə deyil, həm də digər dövlətlərlə iqtisadi əməkdaşlıq səviyyəsini daha da artırmağa, eyni zamanda milli problemlərin həllinə tam diqqət yetirməyə imkan verəcək”, – Serbiya Prezidenti əlavə edib.

Seçilən
12
50
bakivaxti.az

10Mənbələr