AZ

Messi bir qolla iki nailiyyətə birdən imza atdı

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

MLS-nin növbəti turu çərçivəsində "İnter Mayami"nin hücumçusu Lionel Messinin "Los-Anceles Qalaksi"yə vurduğu qol 38 yaşlı futbolçunun karyerasında 875-ci qolu olub.

Oxu.Az bu barədə "Goal" nəşrinə istinadla xəbər verir.

Bildirilir ki, argentinalı forvard bu nəticəni tarixdə hamıdan tez əldə edib, belə ki, o, buna 1 116 matç ərzində nail olub.

Messi həm də 875 qol vuran ən gənc futbolçu adını qazanıb

Xatırladaq ki, Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 71 matçda iştirak edib, 59 qol vurub və 29 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
50
oxu.az

10Mənbələr