AZ

Nərimanov rayonunda ağaclar kəsilir Sakin ŞİKAYƏTİ

ain.az, Oxu.az saytına istinadən bildirir.

Bakı şəhərinin Nərimanov rayonunda ağacların kəsildiyi iddia olunub.

Bu barədə Oxu.Az-a ünvanlanan şikayətdə sakin qeyd edib.

O bildirib ki, Uluqbəy küçəsi, 127 ünvanında artıq bir neçə gündür ağaclar kəsilir: "Bu ağaclar neçə ildir burada idi. Ağacları kəsmək əvəzinə onu çıxarıb başqa ərazilərə köçürmək olardı".

Eyni zamanda, Oxu.Az-ın əldə etdiyi məlumata görə, sözügedən ünvanda ağacların köçürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəy verilib.

Sənəddə qeyd olunur ki,Ş həmin ünvanda yol çəkilməsi ilə əlaqədar olaraq ağaclar götürülür və başqa əraziyə köçürülür. Yol çəkilməsi ilə bağlı işlər yekunlaşdıqdan sonra ərazidə yeni ağaclar əkiləcək.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
oxu.az

1Mənbələr